AZ

Nüvə Sınaqları Təşkilatı ABŞ-ın nüvə sınağı keçirməyə hazır olmasına münasibət bildirib

Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsi Təşkilatı müqavilənin bütün tərəflərindən bu cür sınaqların normalarına əməl etmələrini gözləyir.

Vətəninfo.az xəbər verir ki, bu barədə təşkilatın icraçı katibi Robert Floyd Ria.ru-ya müsahibəsində bildirib.

ABŞ-ın Milli Nüvə Təhlükəsizliyi Agentliyinin direktorunun birinci müavini Frenk Rouz mart ayında Vaşinqtonda Brukinqs İnstitutunda çıxışı zamanı deyib ki, ABŞ qanunlarına görə, ABŞ prezidentin icazəsi olarsa, nüvə sınaqları keçirməyə hazırlığını saxlamalıdır.

Bununla belə, o, ABŞ-ın sınaqlara qayıtmasına ehtiyac olmadığını söylədi.

Seçilən
49
Mənbələr
Şərh ()
Bağla