AZ

Bakıda bir sıra yollarda tıxac var - SİYAHI

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.
 
Hazırda:
 
1. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metrostansiyası istiqamətində;
 
2. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;
 
3. "20 Yanvar" dairəsində;
 
4. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində;
 
5. Binəqədi şosesi, "Azadlıq Prospekti" metrostansiyası istiqamətində;
 
6. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində;
 
7. 28 may və Dilarə Əliyeva küçələri, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;
 
8. Tbilisi prospekti, "20 Yanvar" metrostansiyasından mərkəz istiqamətində;
 
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;
 
10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
 
11. Aeroport şosesi, "Koroğlu" metrostansiyası istiqamətində sıxlıq müşahidə olunur.
Seçilən
170
49
Mənbələr
Şərh ()
Bağla