AZ

“Bizim üçün rəqibin fərqi yoxdur”

“Biz hər oyunla eyni cür hazırlaşırıq. “Qarabağ”la matç da fərqli olmayacaq”. Bunu futbolinfo.az-a açıqlamasında “Kəpəz”in qapıçısı İqor Rodrigez deyib.

O, sabah Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyundan danışıb: “Meydana inamlı çıxmalıyıq. Bizim üçün rəqibin fərqi yoxdur. Sadəcə, əlimizə düşən hər fürsəti dəyərləndirə bilərik. “Qarabağ” qələbə qazansa, çempion olacaq. Bu da onlar üçün əlavə motivasiyadır. Məqsədimiz 3 xalı qazanıb Premyer Liqadakı yerimizi möhkəmləndirməkdir”.

Qolkiper turnir cədvəlində “Qəbələ” ilə aralarındakı xal fərqindən də danışıb: “Düzdür, hazırda yaxşı fərq var, ancaq Premyer Liqada yerimiz olduğuna riyazi olaraq əmin olduqda məqsədimizə çatacağıq. Düşünürəm ki, komanda yaxşı çıxış etdiyi üçün, qollar vurduğumuz üçün və son oyun istisna olmaqla, bir sıra yaxşı nəticələr əldə etdiyimiz üçün indiki məqamda oynamaq daha asandır”.

Seçilən
24
Mənbələr
Şərh ()
Bağla