AZ

Əmlak Komitəsi MTK-ların mənzil satışını onlayn nəzarətə götürdü…

Image

Elnur Fərzəliyev: “Yeni qərar daşınmaz əmlak bazarında alıcıların sayının artmasına gətirib çıxaracaq”

Azərbaycanda yaxın müddətdə Mənzil-Tikinti Kooperativlərindən (MTK) mənzili yalnız elektron platforma vasitəsilə almaq mümkün olacaq. 

Bununla bağlı açıqlama verən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (DƏDKR) publik hüquqi şəxsin İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, mənzil alan şəxsin korporativə üzvlük mərhələsindən başlayaraq sonda ödənişlərini tam ödədikdən sonra ona ödənişə dair maliyyə sənədinin verilməsinə qədər bütün proseslər vahid elektron sistem üzərindən həyata keçiriləcək. 

Platforma sayəsində vətəndaş yeni tikilmiş binadan mənzil aldıqda, onun istismarına icazə verilmiş bina olub-olmadığını öyrənmiş olacaq. Ümumilikdə isə bu portaldan kənarda hər hansı bir mənzilin qanuni satışı mümkün olmayacaq.  

Bu yenilik  vətəndaşlara nə qazandıracaq? Mənzil alışındakı yeniliklər nəyi dəyişəcək?

“Elektron platformada ev alan mənzil sahibləri qeydiyyatdan keçəcəklər, aldıqları ev də tam qanuni şəkildə olduğuna görə çıxarışla təmin olunacaq” 

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, yeni qaydalara görə, elektron platformada mənzil alan vətəndaşlar qeydiyyatdan keçəcək. Bu da daşınmaz əmlak bazarında alıcıların sayının artmasına gətirib çıxaracaq: “Alıcı sayı artdığına görə mənzil bazarına müsbət təsir edəcək. Qiymətlərdə isə bahalaşma müşahidə olunmayacaq”. Ekspert onu da əlavə etdi ki, elektron platformada ev alan mənzil sahibləri qeydiyyatdan keçəcəklər. Aldıqları ev də tam qanuni şəkildə olduğuna görə çıxarışla təmin olunacaq: “Eyni zamanda, elektron platformada mənzillə bağlı bütün məlumatlar öz əksini tapacaq. Onu da deyim ki, ölkəmizdə 25 ildən çoxdur çoxmənzilli binalar tikilərək istifadəyə verilir. Lakin alqı-satqı MTK ilə vətəndaş arasında baş verir. Burada bir sıra dələduzluq halları olurdu. Lakin yeni qaydalara əsasən, çoxmənzilli binaların alqı-satqısı onlayn qaydada olacaq. Bu, bir evin bir neçə nəfərə satışının qarşısını alacaq. Bu baxımdan qərar çox gözəldir. Eyni zamanda, yeni qərarın əmlak bazarına müsbət təsir edəcəyi gözlənilir”.

Günel CƏLİLOVA





Seçilən
31
Mənbələr
Şərh ()
Bağla