AZ

UEFA Avro-2024-lə bağlı dəyişiklik edə bilər

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2024-cü ildə Almaniyada keçiriləcək çempionatda iştirak ərizəsində maksimum oyunçu sayının artırılması təklifinə baxmağa hazırdır. Bu barədə “The Athletic” məlumat yayıb.

Məlumata görə, milli komandaların müraciəti 23 nəfərdən 26 nəfərə qədər genişləndirilə bilər. Məsələ ilə bağlı yekun qərar aprelin 8-də bütün komandaların iştirakı ilə keçiriləcək toplantıda veriləcək.

Avro-2024-ün final oyunları iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirin qrup mərhələsində 24 komanda mübarizə aparacaq.

Seçilən
56
50
Mənbələr
Şərh ()
Bağla