AZ

Wall Street Journal: “İran rejimini zərərsizləşdirmək üçün onunla sarsıdıcı savaşa girin”

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

“The Wall Street Journal” nəşri yazır: “İsrail və Amerika Tehranın proksi qüvvələrini təhlükə altına almaqla öz güclü tərəflərini İranın zəif tərəflərinə yönəltməlidir.
Qüdslə Vaşinqton arasındakı gərginlik ikisinin də vəziyyəti anlamadığını göstərir.

Prezident Baydenin, Senatda çoxluq lideri Çak Şumerin və hərəkətə keçməkdən imtina edən Konqresin təklif etdiyi siyasi təşviqlərə baxmayaraq, İsrail daha böyük düşmənə, yəni İran rejiminə qarşı sarsıdıcı müharibədə iştirak etməyi öyrənməlidir.

İran rejiminin Amerika və İsraillə birbaşa qarşıdurması üçün qabaqcıl silahları yoxdur.

Suriya və Yəməndə yerləşən İran rejiminin proksi qüvvələrində nə birlik var, nə də İsraili fəth etmək bacarığı”.

Seçilən
112
1

1Mənbələr

Şərh ()
Bağla