AZ

Sığorta ödənişlərinin kəskin artımı ardından “AzRe Təkrarsığorta”nın mənfəəti azalıb

“AzRe Təkrarsığorta” ASC 2023-cü il üzrə hesabatını açıqlayıb və məlum olub ki, xalis mənfəəti öncəki ildən aşağıdır.

Banker.az bu barədə təkrar sığortanın ictimaiyyətə açıqladığı maliyyə hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, “AzRe Təkrarsığorta” 2023-cü ildə 19.39 milyon manat xalis mənfəət əldə edib. Bu da 2022-ci il üzrə nəticədən 3.27 mln. manat və ya 14 faiz azdır. Şirkət 2022-ci ildə 22.66 mln. manat xalis mənfəət əldə etmişdi. Bununla da onun 1 yanvar 2024-cü il tarixinə kapital balansında 32.95 mln. manat bölüşdürülməmiş xalis mənfəət vardır.

“AzRe”nin xalis mənfəətindəki azalma onun xərclərinin gəlirlərinə qarşı daha çox böyüməsidir. 2022-ci ildə şirkətin cəmi gəlirləri 48.5 mln. manat olduğu halda, 2023-cü ildə bu rəqəm illik müqayisədə 152 faiz artaraq 122.42 mln. manata yüksəlib. Cəmi xərcləri hesabat ilindən öncəki ildə 22.74 mln. manat olduğu halda, 2023-cü ildə illik 337 faiz artaraq 99.42 mln. manat olub.

Şirkəti əsas xərcə salan sığorta ödənişləridir. Belə ki, 2022-ci ildə bu ödənişlər 8.87 mln. manat təşkil edirdisə, 2023-cü ildə bu rəqəm kəskin artımla 77.4 mln. manata qalxıb.

Xatırladaq ki, “AzRe Təkrarsığorta” 2007-ci ildə yaradılıb, ölkənin yeganə təkrarsığorta şirkətidir. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Şirkətin səhmləri adları açıqlanmayan 6 fiziki şəxsə məxsusdur. “AzRe Təkrarsığorta” “Qala Sığorta” ASC-nin 100%-lik, “Qala Həyat Sığorta” ASC-nin isə 90%-lik səhmdarıdır.

3456765432

Seçilən
166
50
Mənbələr
Şərh ()
Bağla