Sabirabadda avtomobil at arabası ilə toqquşub, xəsarət alanlar var.
E-huquq.az xəbər verir ki, Xəlfəli kəndində minik avtomobilinin at arabası ilə toqquşması nəticəsində rayon sakinləri - 1984-cü il təvəllüdlü Həsənov Səmid Fərhad oğlu və 1998-ci il təvəllüdlü Mirzəyev Qonsur Maqsud oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.