AZ

İşə düzətmə adı ilə dələduzluq edən şəxsin şikayəti təmin edilmədii

Ali Məhkəmədə külli miqdarda dələduzluqda təqsirləndirilən Ülkər Qədirovanın barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.


Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrum edilib.


Qeyd: Ülkər Qədirova 2011-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib. Ancaq vaxtından tez azadlığa buraxılıb. O, hətta məhkumluğu ola-ola 9 nəfərə qarşı dələduzluq edib. İki nəfərə paytaxtın Binəqədi rayonunda ev tikib satmaqla pul qazanmağı "məsləhət görüb”. Bu yolla onlardan 23 min və 6 min manat pul alıb. Onlardan biri, Kərimov Aftandil Murad oğlu "Azəriqaz”ın İsmayıllı rayon şöbəsinin rəisidir. Həmçinin, bir nəfəri Çevik Polis Alayına, bir nəfəri isə xarici şirkətdə fəhlə işinə "düzəltmək” adı ilə hərəsindən 9 min manat pul alıb.


Daha maraqlısı isə odur ki, Ülkər Qədirova "Azəriqaz”ın İsmayıllı şöbəsinin rəis müavini Mehdiyev Qurban Hacıməmməd oğlundan 60 min manat pulu dələduzluq yolu ilə mənimsəyib. O, Qurban Mehdiyevə SOCAR-a vitse-prezident "təyin olunacağına" dair söz verib.


Zərərçəkmişlər arasında Azərbaycanda fəaliyyət göstərən "Azərtütün Aqrar Sənaye Kompleksi” MMC-nin rəhbəri Zeynalov Əliyusif Məmiş oğlu da var.


Bütün bu cinayət əməllərinə görə, Ülkər Qədirova sadaladığımız zərərçəkmişlərdən ümumilikdə 107 min manat pulu dələduzluq yolu ilə ələ keçirib.

 

Kamal Məmmədov 



Tarix: 29 Mart 2024, 08:57   
Seçilən
100
1
Mənbələr
Şərh ()
Bağla