AZ

Valideyndən övladına nə miras qalmalıdır? - VİDEO

Valideyndən övladına nə miras qalmalıdır? - VİDEO

Kimisi ev, kimisi pul yaxud zinət əşyalarını övladlarına bağışlayır. Zaman keçsə də bu adət dəyişmir. Ata-ana çox vaxt bu mövzunu öz aralarında danışaraq uşaqlarına nəyisə miras qoyurlar. Xarici ölkələrdə isə valideynlər övladlarının adına hesab açdıraraq yeniyetməlik yaşına çatana qədər onun üçün pul toplayırlar. Bəzən bölunməyən miras problemlərin yaranmasına səbəb ola bilər.

Sonxeber.az xəbər verir ki, "Xəzər Xəbər" sakinlər arasında sorğu keçirib. Onların əksəriyyəti əmlak yaxud zinət əşyalarını övladlarına miras qoyduqlarını deyir.

Sosioloq Üzeyir Şəfiyevin sözlərinə görə, burada təkcə maddi yox, mənəvi məsələlərdə önəmlidir. O bildirib ki, valideynlər ilk olaraq cəmiyyət üçün xeyirli övlad yetişdirməlidirlər. Digər məsələ isə onlara verilən təhsildir.

"Valideyndən övladına əsas qalan əxlaq və tərbiyədir. Valideynin həyat boyu qazandıqları, mülkiyyət, daşınan yaxud daşınmaz əmlak hamısı övladlar arasında bölüşdürülür. Şübhəsiz ki, mülkiyyət münasibətləri ədalətli bölüşdürülməlidir".

Üzeyir Şəfiyev deyir ki, bəzən mülkiyyət məsələsi övladlar arasında konfliktə səbəb olur:

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
57
50
Mənbələr
Şərh ()
Bağla