AZ

Fələstinli dünyaca məşhur universitetin prezidenti seçildi...-GÖZLƏNİLMƏZ-FOTO

Fələstin əsilli britaniyalı cərrah Hassan Abu Sitta tələbə sayına görə Şotlandiyanın ən böyük universitetlərindən biri və Birləşmiş Krallığın ən qədim ali məktəblərindən biri olan dünyaca məşhur Qlazqo Universitetinin yeni prezidenti seçilib.

Moderator.az xəbər verir ki,  "Britaniyada ərəblər" internet nəşrinin yaydığı məlumata görə, cərrahiyyə üzrə ixtisaslaşmış fələstinli həkim 4172 və ya 80 faiz səs toplayıb. Beləliklə, o, üç illik müddətəuniversitet rəhbəri  seçilib.

Əbu Sitta İraq və Suriya kimi münaqişə və döyüş bölgələrində cərrah kimi çalışıb və zəngin təcrübəyə və gələcəyə baxışa malikdir. Universitetdə tədris metodlarını təkmilləşdirmək, yeniliklər tətbiq etmək niyyətindədir. Maraqlıdır ki, britaniyalı həkim İsrailin qəddar təcavüzü zamanı Qəzza zolağında 43 gün ərzində "Əl-Şifa" xəstəxanasında və "Əl-Əhla" baptist xəstəxanasında çalışıb və anklavda İsrailin dəhşətli qətliamının şəxsən şahidi olub...

S.Laçın

phrase_var_article.chosen
30
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close