AZ

Oğlu da həbs edilmiş şirkət rəhbəri yenidən kassasiya şikayəti verdi

Bakıda dələduzluq, mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham olunan Tapdıq Namazovun barəsindəki hökmdən yenidən kassasiya şikayəti verilib.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin hakimi Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.

 

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

 
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, T.Namazov 10 il müddətinə azadlıqdan məhrum edilib. Ali Məhkəmədə keçirilən prosesdə elan edilib ki, təqsirləndirilən şəxs şikayətini geri götürüb.
 

İttihama görə, Bakı şəhəri ərazisində yerləşən "Omaks-3" MTK-nın rəhbər vəzifəsində çalışmış T.Namazov bir mənzili bir neçə vətəndaşa satıb. Ümumilikdə, 18 nəfərə 31 mənzil satılıb və onlara 568 min manatlıq ziyan dəyib.


T.Namazovun barəsində cinayət işi başlandıqdan sonra ölkəni tərk etdiyi, barəsində axtarış qərarı çıxarıldığı və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.


T.Namazov isə bunu təkzib edib. O bildirib ki, sonuncu dəfə ölkəni 2013-cü ildə tərk edib, bu ilin əvvəlində isə ölkəyə qayıdarkən saxlanılıb.
 

Xatırlatma: T.Namazovun oğlu Emin Namazov da saxlanılmışdı. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Kamal Məmmədov

Tarix: 29 Mart 2024, 08:49   
Seçilən
84
50
Mənbələr
Şərh ()
Bağla