Göyçay, 28 mart, Rəşad Türkoğlu, AZƏRTAC
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə axşam saatlarında şəhərin H.Z.Tağıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarında olan divara çırpılıb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım avtomobili ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.