AZ

Füzuli sakini: Gözəl günlərimiz bundan sonra daha çox olacaq

Füzuli

Bakı, 29 mart, AZƏRTAC

Doğma yurduma çatmaq üçün səbirsizlənirəm. Ümid edirəm ki, gözəl günlərimiz bundan sonra daha çox olacaq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Bakıdan Füzuli şəhərinə yola düşən keçmiş məcburi köçkün Elmira Hacıyeva söyləyib.

"Dövlətimiz bizim üçün Bakıda bütün şərait yaratsa da, doğma torpaq məni çəkir. Doğma el-obama - Füzuli rayonuna qayıdıram. Bizə bu günləri yaşadan Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Qəhrəman şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə șəfa diləyirəm", - deyə Füzuli sakini əlavə edib.

Seçilən
56
Mənbələr
Şərh ()
Bağla