AZ

Alimlər virusların insandan heyvana daha çox keçdiyini ortaya çıxarıblar

Alimlər

Bakı, 29 mart, AZƏRTAC

Yeni bir araşdırma virusların heyvandan insanlara deyil, insanlardan heyvanlara keçdiyini ortaya çıxarıb.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, London Universitet Kollecində aparılan araşdırmada tədqiqatçılar növlər arasında virusların sıçrayışını araşdırmaq üçün qlobal verilənlər bazasından istifadə ediblər. Araşdırmaya görə, viruslar daha çox insanlarda hərəkət edir və həmin viruslar heyvanlara ötürülür.

Tədqiqat qrupunun hesablama bioloqu Cedric Tan açıqlamasında bildirib ki, insanlar heyvanlara daha çox virus yayır. Nümunə olaraq, C.Tan COVID-19-un insanlara ötürüldükdən sonra daha sürətli yayıldığına diqqət çəkib. O, bunun səbəbini insanın çox olması ilə əlaqələndirib. Əslində isə bunu gözləmədiklərini, araşdırma nəticəsində belə bir vəziyyətin aşkarlandığını vurğulayıb: “Virusların insanlardan heyvanlara yayılması nəsli kəsilməkdə olan bir çox növ üçün təhlükə yaradır”.

 

 

phrase_var_article.chosen
170
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close