Azərbaycan I Liqasında XIX turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Araz Saatlı" doğma meydanda "Mingəçevir"i qəbul edib.
Qarşılaşma ev sahiblərinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
"Araz Saatlı" qələbəyə baxmayaraq, 7 xalla turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb. 21 xalı olan "Mingəçevir" isə 8-ci yerdədir.
Saatlı OİK stadionu. 150 tamaşaçı
Baş hakim: Əli Əliyev
Baş hakimin köməkçiləri: Vüqar Bayramov, Elman Kərimov
Dördüncü hakim: Murad Səlimov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Cavidan Rəhimli, 18 (qeyri-idman hərəkəti); Lamin Çam, 19 (qeyri-idman hərəkəti); Ceyhun Rəcəbli, 56 (qeyri-idman hərəkəti); Ənəs Şabanov, 77 (qeyri-idman hərəkəti) // Vidadi Cəfərov, 9 (qeyri-idman hərəkəti); Elmin Bayramov, 56 (qeyri-idman hərəkəti)
Qollar: Sequn Omotoşo, 37; Ravil Yusifli, 43; Həmzə Əliyev, 85; Elnur Mustafazadə, 90
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Araz Saatlı” 1. Əmrah Məmmədli Ehtiyat oyunçular: 12. Məhəmməd Əhmədov Baş məşqçi: Rüfət Quliyev | “Mingəçevir” 31. Eldar Tərlanov Ehtiyat oyunçular: 22. Elçin Qasımov Məşqçi: Ədəhim Niftəliyev |