Bakı. Trend:
Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend-in məlumatına görə, hadisə axşam saatlarında şəhərinH.Z.Tağıyev küçəsində qeydə alınıb.
İlkin məlumata görə, hərəkətdə olan minik avtomobilinin sürücüsüidarəetməni itirib, nəticədə maşın yolun kənarında olan divaraçırpılıb.
Qəza nəticəsində avtomobildə olan üç nəfər xəsarət alıb.Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.