AZ

Rusiya bazarını tərk edən şirkətlərin itkisi 107 milyard dolları ötüb - Foto

Rusiya

2022-ci ilin fevralından sonra xarici şirkətlərin Rusiya bazarından çıxması nəticəsində dəyən itkilər 107 milyard dolları ötüb.

Reyting.az
xəbər verir ki, bu barədə “Röyter” agentliyinin 2023-cü illə bağlı təhlil-hesabatında bildirilir.

İtkilərin bu həcmi itirilmiş gəlirlər və Rusiya aktivlərinin şirkətlərin balansından silinməsi ilə bağlıdır.

Agentlik yazır ki, yeni məlumatlar 2022-ci ilin fevral ayında Rusiyanın Ukraynada xüsusi əməliyyatının başlamasından sonra qlobal korporativ sektorda maliyyə itkilərinin miqyasını göstərir.

“S-RM” konsaltinq şirkətinin nümayəndəsi İan Massi deyib: “Hələ də Rusiyanı tərk etmək istəyən şirkətlər əlavə çətinliklərlə üzləşəcək, aktivlərinin böyük məbləğdə silinməsinə və böyük itkilərə məruz qalacaqlar”.



Agentliyin istinad etdiyi Yale Menecment Məktəbinin hesabatına görə, son iki ildə minə yaxın xarici şirkət Rusiya bazarını tərk edib. Eyni zamanda yüzlərlə insan, o cümlədən Fransa konqlomeratı “Auchan” və İtalyan geyim istehsalçısı “Benetton Group” da varlığını qoruyub saxlayıb.

Agentlik əlavə edib ki, bir çox xarici istehlak malları istehsalçıları məhsullarının adi rus istehlakçısına lazım olduğunu söyləyərək Rusiya Federasiyasındakı bizneslərini məhdudlaşdırmaq niyyətində deyillər.

“Röyter”-in 2023-cü ilin avqustunda dərc etdiyi hesablamalardan sonra xarici şirkətlərin Rusiya bazarından çıxması ilə bağlı itkilərinin həcmi üçdə bir artıb. O zaman bu rəqəm 80 milyard dollar olub.

V. QULİYEV
Seçilən
101
2
Mənbələr
Şərh ()
Bağla