AZ

İt saxlamaq qadağandır - Şimali Koreyanın ən qəribə qaydaları

Şimali Koreyada qadağalar indiki lider Kim Çen Inın babası Kim İr Senin dövründən qalıb. Amma Kim Çen bu ənənəni davam etdirərək, daha da irəli aparıb. Məlum olduğu kimi, bu gün KXDR-də çox qəribə qadağalar var. Nə qədər qəribə də olsa, burada hər şey: saç düzümündən tutmuş geyimə qədər tənzimlənir. 
 

Kim Çen In KXDR-də saç düzümü, geyim və hətta münasibətlərə belə nəzarət edir.

 

Sfera.az Şimali Koreyanın ən qəribə qadağalarından bəzilərini təqdim edir.

 

Kim hökuməti gündəlik həyatın ən mənasız aspektlərini belə tənzimləyir.

 

Bu yaxınlarda BBC-nin bəzi proqramlarının KXDR-də yayımlanması jurnalistləri heyrətə gətirib. Məsələn, "Puaro" və "Miss Marpl" detektiv serialları, Alan Tiçhmarş tərəfindən bağçılıq haqqında proqram KXDR-də verilib. Proqramın özü kəsilmədən verilsə də, aparıcının cins şalvarları senzuraya məruz qalıb. Şimali Koreyada cins şalvar qadağandır, buna görə də şalvar blurlanmış formada efirə gedib.


Heyrətə gəlmiş Tiçmarş jurnalistlərə zarafatla:

 

“Çox namuslu olduğunu, özünü heç vaxt Şimali Koreya gənclərini yoldan çıxara biləcək biri kimi görmədiyini”-bildirib.

 

Ancaq ictimai həyatın demək olar ki, hər bir sahəsinin izlənməsi Kim Çen In hakimiyyəti üçün xarakterikdir. Çox şeyi qəbuledilməz təhlükə kimi qiymətləndirən ayıq-sayıq orqanlar tərəfindən hər şeyin yaxından izləndiyi bir ölkədə bu aysberqin yalnız görünən hissəsidir.

 

Saç düzümü

 

 

KXDR vətəndaşları saçlarını istədikləri kimi kəsdirə bilməzlər. Onlar hökumətin təsdiq etdiyi təxminən 15 variantdan birini seçməlidirlər.

 

Kişilərə yalnız qısa saç kəsimləri olar, qadınların isə fərqli seçimləri olsa da, üsyançılıq ruhundan uzaq,  mühafizəkar üslubda olmalıdır.

 

İcazəsiz saç düzümü (təsdiq edilməmiş) etdirən insanlar cərimələr, məcburi əmək və hətta həbs də daxil olmaqla bir sıra cəzalarla üzləşirlər.

 

Saç düzümü barədə qadağanı isə 2017-ci ildə ölkənin qurucusu Kim İr Senin ad günü olan “Günəş Günü”nü işıqlandırmaq üçün Pxenyana gələn fin jurnalist Mika Mäkeläinen ifşa edib. Qeyd edək ki, “Günəş Günü”ndə Pxenyan gələn jurnalistlərə, mətbuat konfransında belə ciddi nəzarət edilir. Fin jurnalist həmin vaxt Şimali Koreya saç salonlarından posterlər çəkmişdi. 


Ciddi geyim kodu

 

Şimali Koreyada geyim kodları dövlətin vahidliyinin başqa bir nümunəsi hesab edilir və əsasən sosial mühəndislik vasitəsi kimi istifadə olunur.

 

“Joseon-ot” kimi tanınan ənənəvi geyimlər tez-tez rəsmi tədbirlərdə və ictimai toplantılarda geyilir, milli kimlik və Koreya irsi ilə qürur hissini təbliğ edir.


Hətta təntənəli tədbirlərdən kənarda da vətəndaşlardan təvazökarlıq və rəsmiliyi əks etdirən geyim qaydalarına riayət etmələri gözlənilir.

 

Rəsmi fotolarda tez-tez eyni gödəkçələri və paltoları görə bilərsiniz. Hətta Kim Çen Inın qızı Kim Ju-ae də bir anda bibisi Kim Yo-jonq kimi kürk yaxalı palto geyinir.

 

Kim Çen Inın qızı da geyim kodu ilə tənzimlənən geyimdən istifadə edir. 

 

Ötən ilin yayında Şimali Koreyada qanuna edilən dəyişiklikdən sonra rəsmilər diz xəttinə çatmayan paltar geyən istənilən qadının “sosialist etiketi” prinsiplərini pozduğunu bəyan ediblər.

 

Şimali Koreyanın Cənubi Pyonqan əyalətinin sakini, adının açıqlanmasını istəməyən Azad Asiya radiosuna deyib: "Hakimiyyət küçələrdə şortik geyinən qadınların qarşısını alır, bunun sosialist ənənələrinə və həyat tərzinə uyğun olmadığını deyir. Bir neçə il əvvəl onlar geniş balaqları tənqid edirdilər. Bu şalvarların Yapon modası olduğu deyilirdi”.

 

Qadınlar çox narahat olurlar, çünki yayda Şimali Koreyada temperatur 30 dərəcədən yuxarı qalxır. Kişilər isə şort geyinə bilirlər.

 

Tarix rəsmi portretləri ilə

Dövlət tərəfindən tapşırılan davranışın əhatə dairəsi ictimai görünüşlərdən çox kənara çıxır və ev həyatına belə nüfuz edir.


Ölkə rəhbərliyinə kifayət qədər hörmət göstərməmək ciddi cinayət hesab olunur. Buna görə cərimə, həbs və hətta edamla cəzalandırma nəzərdə tutulur.

 

Hər bir ailənin evində indiki Kimin portreti, eləcə də keçmiş liderlər Kim Çen İr və Kim İr Senin portretləri olmalıdır. Bu portretlər ləkəsiz təmiz olmalıdırlar.

 

Tələblərə əməl etməkdən imtina xəyanətə bərabərdir, hakim Kim sülaləsinin şəxsiyyətə pərəstişkarlığına meydan oxumaqdır.

 

İt qadağası

 

Əksər Şimali Koreyalılar, yəqin ki, bütün heyvansevərlər kimi sevimli ev heyvanı ilə divanda dincəlmək istərdilər. Lakin rəsmi Pxenyan itlərin yalnız əti və tükləri üçün saxlanmasına icazə verir.

 

İtlərin ev heyvanı kimi istifadəsinə qadağa qoyulub. 

 

Qonşu Cənubi Koreyada Şimali Koreya məsələlərini işıqlandıran Daily NK qəzetinə mənbə bildirib ki, itlərin ev heyvanı kimi istifadəsinə qadağa Koreya Sosialist Qadınlar Birliyi vasitəsilə elan edilib.

 

“İtə ailə üzvləri ilə birlikdə yemək yeyən və yatan ailə üzvü kimi davranmaq sosialist həyat tərzinə uyğun gəlmir və bundan qəti şəkildə uzaq olmaq lazımdır”.

 

Rejimin mövqeyini təsvir edən mənbə izah edir: 

 

"İtlər mahiyyət etibarilə küçədə öz təbiətinə görə böyüdülüb sonra yeyilən ətdir. Ona görə də bu cür davranışlar tamamilə qeyri-sosializm xarakteri daşıyır və ciddi şəkildə aradan qaldırılmalıdır".


Rejim onu ​​da vurğulayır ki, damazlıq itlərin yetişdirilməsində məqsəd daha çox kürk toplamaqdır.

 

Xarici media və reklam

 

Hökumət mənbələri media nəzarəti tərəfindən lazımi şəkildə yoxlanılmadığı və senzuraya məruz qalmadığı halda, Şimali Koreyada istənilən formada xarici media qadağandır. Televiziya verilişləri arasında reklamın da olmadığı bildirilir.

 

Əvəzində ara fasilələr rejimi tərənnüm edən təbliğat musiqisi ilə doludur.


Bəzi BBC tok-şouları rəsmi Pxenyan tərəfindən yayım üçün uyğun hesab edilsə də, bəzi hissələrə düzəlişlər və senzura tətbiq olunmuşdur.


Münasibətlər nəzarət altındadır

 

Şimali Koreya cəmiyyətinin bəlkə də ən gülməli cəhəti dövlətin şəxsi münasibətlərə nəzarət etməsidir.

 

Vətəndaşlar ata-baba sinfi sisteminə uyğun olaraq təşkil edilir, dövlət vətəndaşların kiminlə və hansı şəraitdə ünsiyyət qura biləcəyini diktə edə bilir.

 

Müxtəlif sosial təbəqələrdən olan insanlar arasında nikah hökumətin razılığını tələb edir və hökumət qurumlarının etiraz etdiyi nikahlar rədd edilə bilər.

 

Bu proses insanları ailələrinin tarixi sosial statusuna və Kim sülaləsinə sədaqətinə görə təsnif edən sosial təsnifat sistemi - "songbun" adlanır. 


Rejim intim münasibətləri, eləcə də zahiri davranışı tənzimləməyə çalışdığı üçün hətta ictimai sevgi nümayişləri də diqqətlə araşdırılır. Cəmiyyət arasında qucaqlaşmaq, öpüşmək də qadağandır.

 

Xanım

Sfera.az

phrase_var_article.chosen
29
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close