- Gecə Modu
- Ana səhifə
- İstifadəçilər
- Səhifələr
- Reytinq
- Hava
- Valyuta
Mingəçevir şəhərində mikroavtobus kafeyə çırpılıb.
"Report"un Qərb bürosunun məlumatına görə, mikroavtobusun kafeyə çırpılması nəticəsində, avtomobildə olan - 1961-ci il təvəllüdlü B.Kərimzadə xəsarət alıb. Onu avtomobildən çıxarmağa çalışan 1999-cu il təvəllüdlü T.Hacıyevin isə ayağını şüşə kəsib.
Hər iki zərərçəkən xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.