AZ

Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər

Publika.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - sakit və məhsuldar gündür. Diqqəti ən vacib işə yönəltsəniz, ciddi nəticələrə nail ola bilərsiniz. Əsas odur ki, sizi seçdiyiniz yoldan çıxarmağa və fikrinizi qarışdırmağa kimsəyə imkan verməyin. İşdə həmkarlar və rəhbərliklə kiçik anlaşılmazlıqlar ola bilər. Məntiqli mövqeyinizi sübut edin, geri çəkilməyin. Belədə mövqeləriniz daha da möhkəm ola bilər. Gəlir, o cümlədən iri məbləğdə pul almağınız istisna deyil.

Günün ikinci yarısında şəxsi münasibətlərdə təşəbbüskar olmaq mümkündür. Yaxın ətrafınızdakı insanların diqqətini cəlb etmək çətin deyil. Lakin unutmayın ki, onların hamısı sizinlə maraqlanmır.

Axşam saatlarında normal istirahət edin.

Buğa - səbrli, təmkinli, soyuqqanlı olun. Son günlərin uğursuzluqlarından sonra bu gün uğur sizin olacaq. İşdə və evdə münaqişələr adi günlərlə müqayisədə daha çox ola bilər. Gərilən sinirləri və tüğyan edən hissləri cilovlamağa çalışın. İmkan varsa, güzəştə gedin.

Düşünülüməmiş qərarlar qəbul etməyin. Yaxın ətrafınızdakı insanlar sizin nə etdiyinizi, nələr düşündüyünüzü anlamağa çalışırlar. Anlaşma və sövdələşmələr üçün əlverişli gün deyil. Hətta ən gərəkli, zəruri əşyalar almaq üçün çox pul xərcləməyin.

Günün ikinci yarısında cari və rutin işlər sizə usandırıcı gəlməsin. Çalışqanlıq əsəblərinizi sakitləşdirəcək, əhvalınızı rəvan edəcək. Yaşam arealında qayda yaradın, gərəksiz əşyalardan qurtulun.

Bədbin fikirlərə qapılmayın, nikbin davranın.

Əkizlər - məhsuldar və əlverişli gündür. Başladığınız işlər yaxşı nəticə verə bilər. Uğura aparan yolu seçin. Hansısa maneə və ya sədd yaranarsa, geri çəkilməyin, qətiyyətli olun. Əsla ruhdan düşməyin.

İnadla və əzmlə işləsəniz, gələcək nailiyyətlərin əsasını qoyacaqsınız. Liderlik məziyyətlərinizi nümayiş etdirin.

Günün ikinci yarısında şəxsi münasibətlərdə harmoniya yaranacaq. Yaxınlarınız sizi tərifləyəcəklər. Yaxşı formada olun, aktiv istirahət edin.

Axşam saatları idman üçün münasibdir.

Xərçəng - hər addımınızı düşünüb-daşınandan sonra atın. Bu gün yol verəcəyiniz yanlışlıq və ya səhvin fəsadları çox pis ola bilər. Əvvəlki günlərdən fərqli olaraq işdə fikir ayrılıqları və ixtilaflar daha çoxdur.

Əvvəllər sizi dəstəkləyən insanlar bu gün bədxahların tərəfinə keçə bilərlər. İşgüzar danışıqlar, peşəkar fəaliyyətlə bağlı mühüm qərarların qəbul olunması üçün əlverişli gün deyil.

Günün ikinci yarısında maliyyə çətinlikləri yarana bilər. Borc almaq əvəzinə planlaşdırılan alış-veriş və ya əyləncəni təxirə salın.

Yaxınlarınızla söhbətdə hansısa mühüm məsələ ilə bağlı razılığa gəlmək asan deyil. Lakin səbrli olsanız, məqsədə çatacaqsınız.

Şir - əvvəllər başlanmış işləri və ya uzanan danışıqları bitirmək üçün əlverişli zamandır. Uğurlar və irəliləyişiniz diqqətdən kənarda qalmayacaq. Maraqlı işgüzar təklif ala bilərsiniz. Vaxtınızı hədər yerə sərf etməyin, hər dəqiqədən yararlanmağa çalışın.

Belədə rəqiblər və ya bədxahlarla müqayisədə daha çox iş görə bilərsiniz. Yenilikləri, innovasiyaları əxz edin. Bilik və bacarıqlarınızı artırın. Təcrübəli həmkarların məsləhətlərinə qulaq asmaq gərəkdir.

Günün ikinci yarısında yaxınlarınızla fikir ayrılığı, hətta münaqişə istisna deyil. Buna yol verməyin. Mübahisə çox ciddi münaqişəyə səbəb ola bilər. Özünüzü ifrat dərəcədə yormayın.

Axşam saatlarında normal istirahət edin.

Qız - yalnız öz fikrinizə güvənərək mövqelərinizi absolyut həqiqət saymayın. Yaranmış situsiyanı dəyərləndirməkdə çətinlik çəkə bilərsiniz. Təcrübəli insanların məsləhətlərinə qulaq asın. Planlarınızı etibar etdiyiniz insanlarla müzakirə edin. Uzun-uzadı müzakirələrdən sonra yeni tərəfdaşlarla əməkdaşlıq barədə anlaşmaya nail olmaq mümkündür. Yeni iş və ya sifariş istisna deyil.

Dəvət aldığınız tədbirə qatılın.

Günün ikinci yarısı romantik təmaslar üçün əlverişlidir. Dəyər verdiyiniz insanlar sizə laqeyd qalmayacaqlar.

Axşam saatlarında normal istirahət edin.

Seçilən
148
50
Mənbələr
Şərh ()
Bağla