Bu gün Ramazan ayının on doqquzuncu günüdür. Ramazan təqviminə əsasən imsak vaxtı saat 05:02-də, ifrat vaxtı saat 19:17-dir.
Lent.az Qafqaz Müsəlmanları İdarəsinə istinadən Ramazan ayının on doqquzuncu gününün iftar duasını təqdim edir:
"Allahummə vəffir fihi həzzi min bərəkatih. Və səhhil səbili ila xeyratih. Və la təhrimni qəbulə həsənatih. Ya hadiyən iləl-həqqil-mubin".
Tərcüməsi:
"İlahi, bu günün bərəkəti ilə məni bəhrələndir! Xeyirliklərə doğru yolumu hamarla! Bu günün ehsanını qəbul etməkdən məni məhrum etmə! Ey aşkar haqq yolunun hidayətçisi".