AZ

Qafarova və Simonyan mayın ortasında görüşə bilər


“Parlamentlərarası İttifaqın (PAİ) vasitəçiliyi ilə mayın ortalarında Azərbaycan Milli Məclisinin sədri ilə Ermənistan Milli Assambleyasının sədri arasında keçiriləcək yeni görüşlə bağlı ilkin razılıq var”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan İctimai Televiziyaya müsahibəsində bildirib.
Bildirilir ki, martın 22-də Parlamentlərarası İttifaqın 148-ci iclası çərçivəsində Ermənistan və Azərbaycan parlamentlərinin spikerləri Alen Simonyan və Sahibə Qafarova arasında görüş keçirilib.
Simonyan qeyd edib ki, Azərbaycan tərəfi əvvəlcədən “qırmızı xətlər” çəkib, müzakirənin yalnız parlament diplomatiyasının gündəliyi çərçivəsində aparılmalı olduğunu bildirib. Ermənistan tərəfi bu variantı məqbul hesab edib.
Ermənistan parlamentinin sədri imkan daxilində bəzi məsələləri müzakirəyə çıxarmağa və mesajlar verməyə çalışdığını vurğulayıb. Onun sözlərinə görə, görüş kifayət qədər konstruktiv şəraitdə keçib.
“Biz razılaşdıq ki, aramızda etimadsızlıq mühiti var: onlar bizə güvənmirlər, biz də onlara güvənmirik. Deyirlər ki, onlara hücum edəcəyik. Mən əks sual verdim ki, niyə bu qədər miqdarda silah alırlar?”, - Simonyan bildirib.
Ermənistan parlamentinin spikeri əlavə edib ki, Qafarova Bakının heç bir təxribat hazırlamadığı barədə Simonyanı əmin edib:
“Parlament səviyyəsində təmasların qurulması və ünsiyyətin başlanması qərara alındı. Mən qeyd etdim ki, bu məsələni siyasi komanda ilə müzakirə edəcəyəm. O, həmkarları ilə də bu məsələni müzakirə edəcəyini bildirdi”.
Seçilən
172
47
Mənbələr
Şərh ()
Bağla