AZ

Myasnikov sümük əriməsinin əsas səbəbini açıqladı

Şəkərli qazlı içkilər içmək osteoporoza (sümük əriməsi) səbəb ola bilər.

Publika.az xəbər verir ki, bu sözləri Rusiyanın əməkdar həkimi və teleaparıcı Aleksandr Myasnikov deyib.

Onun sözlərinə görə, şəkərin, o cümlədən fruktozanın çox olması səbəbindən uşaqlarda sümük kütləsinin artım sürəti azalır.

“Az hərəkət edən, lakin çox şirniyyat yeyən, şəkərli qazlı içkilər içən uşaqlar sümük kütləsi qazanmırlar, ona görə də qırx yaşından sonra sümüklər zəifləməyə başlayır. Bu içkilər birbaşa sümükləri məhv etmir, lakin postmenopozal yaşda osteoporozun inkişafına səbəb olurlar", - həkim vurğulayıb.

Mütəxəssis əlavə edib ki, qazlı içkilərdə olan fosfor turşusu sayəsində sümük kütləsi də "əriyir". Bundan əlavə, belə içkilərin içilməsi qanda şəkərin səviyyəsinin artması səbəbindən kişilərdə keçəlləşmə riskini artırır.

Seçilən
110
27
Mənbələr
Şərh ()
Bağla