AZ

UEFA AVRO-2024-lə bağlı dəyişiklik edəcək

UEFA AVRO-2024-də sifariş ərizəsində futbolçu sayını 26-ya yüksəldə bilər. 

Bizim.Media xəbər verir ki, bu barədə Avropa mətbuatında xəbər yer alıb. 

Avropanın ali futbol qurumu bəzi mütəxəssislərin rəyini nəzərə alacaq. Bu barədə aprelin 8-də yığmaların nümayəndələrinin seminarında qərar qəbul olunacaq. 

Qeyd edək ki, hazırda sifariş ərizəsində 23 futbolçu yer alır. Son Avropa çempionatında koronovirus səbəbindən komandalara 26 oyunçu daxil etmək imkanı yaradılıb.

Rəşad Rafiqoğlu, Bizim.Media
 

Seçilən
27
Mənbələr
Şərh ()
Bağla