UEFA AVRO-2024-də sifariş ərizəsində futbolçu sayını 26-ya yüksəldə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa mətbuatında xəbər yer alıb.
Avropanın ali futbol qurumu bəzi mütəxəssislərin rəyini nəzərə alacaq. Bu barədə aprelin 8-də yığmaların nümayəndələrinin seminarında qərar qəbul olunacaq.
Qeyd edək ki, hazırda sifariş ərizəsində 23 futbolçu yer alır. Son Avropa çempionatında koronovirus səbəbindən komandalara 26 oyunçu daxil etmək imkanı yaradılmışdı.