AZ

Bakıda növbəti lift FACİƏSİ: Qurum niyə işini düzgün qurmur? – VİDEO

Bakıda 45 yaşlı qadının liftin qapısı arasında sıxılaraq ölməsi ilə bağlı komissiya yaradılıb.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı ”Xəzər Xəbər”ə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin baş direktorunun birinci müavini Mehdi Hüseynov deyib.

O əlavə edib ki, həmin hadisə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətində müşavirə keçirilib.

Müşavirədə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin fəaliyyəti ciddi tənqid edilib. Yol verilən nöqsanlara görə Bakı şəhər “Lifttəmir” İstehsalat Birliyinin direktoru Xalid Ələkbərova şiddətli töhmət elan edilib və komissiyanın yekun rəyinə əsasən onun tutduğu vəzifədə qalıb-qalmayacağına dair qərar veriləcəyi qeyd edilib. Eyni zamanda “Bakımənzilavtomat” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin rəisi İlham Hüseynov və Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəisi Elmin Zamanov isə araşdırma müddətində vəzifələrindən kənarlaşdırılıblar.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən də araşdırma aparılır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

phrase_var_article.chosen
85
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close