AZ

Çinin gizlicə hazırladığı silah – Hədəflər 2000 km-dən vurulacaq

Çinli mütəxəssislər 2000 km-dən çox məsafədə hava hədəflərini vura bilən idarəolunan raket hazırlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə “South China Morning Post” qəzeti məlumat yayıb.

Raket Çinin Şimal-Qərb Politexnik Universitetinin tədqiqatçısı Su Xuanın rəhbərlik etdiyi komanda tərəfindən hazırlanıb.

“Raket uzaqmənzilli radar aşkarlayan və bombardmançı təyyarələri vura, mümkün regional münaqişələrə havadan müdaxiləsinin qarşısını ala biləcək”, - Çin nəşri yazır.

Raketin uzunluğu 8 m, kütləsi 2.5 tondur. Hələlik yeni sistemin foto və ya videogörüntüsü yoxdur. Amma dizayn parametrlərinin təhlili göstərir ki, bu, “Feitian-1” hipersəs raketi ilə oxşar ola bilər. Şimal-Qərb Politexnik Universitetinin sonuncu sınağı iki il əvvəl baş tutub.

Yeni raketin təfərrüatlı xüsusiyyətləri də açıqlanmır. Ehtimal olunur ki, böyük uçuş məsafəsinə malik raketin hədəfləri barədə məlumatlar kəşfiyyat peykləri vasitəsilə ötürüləcək.

Raket hələ xidmətə girməyib. Çinli mütəxəssislərin fikrincə, bu, qlobal və regional miqyasda sülh və sabitliyin qorunması üçün vacibdir.


Müəllif: Mənsur Rəğbətoğlu
phrase_var_article.chosen
43
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close