AZ

"İdeal Motors" sığorta müqaviləsinə görə məhkəməlik oldu

"İdeal Motors" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində vergilərin, rüsumların ödənilməsi, maliyyə və sığorta qaydaları əleyhinə olan (İcbari sığorta müqaviləsinin bağlanmaması) inzibati xəta protokolu tərtib olunub.

Valyuta.az-ın məlumatına görə, protokol İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinə əsasən, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat məbləğində, hüquqi şəxslər 300 manat məbləğində cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin icraatındadır. 

Sadiq İsbəndərli 
 

Seçilən
57
2
Mənbələr
Şərh ()
Bağla