AZ

Fələstin prezidenti yeni hökuməti təsdiqləyib

Fələstin prezidenti Mahmud Abbas yeni hökumətin tərkibini təsdiqləyib. Ona Məhəmməd Mustafa rəhbərlik edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Fələstinin WAFA agentliyi məlumat yayıb.

Baş nazir rəhbərlik etdiyi Nazirlər Kabinetinin, eləcə də onun tərkibinin həyata keçirməyi planlaşdırdığı islahatlar proqramını Prezidentə təqdim edib. Fələstin Milli Administrasiyasının rəhbəri sənədlərlə tanış olub və yeni hökumətin təsdiqi haqqında fərman imzalayıb.

Agentliyin məlumatına görə, məmurlar martın 31-i bazar günü and içəcəklər. Məhəmməd Mustafa eyni anda iki vəzifə tutacaq: baş nazir və Fələstin Xarici İşlər Nazirliyinin rəhbəri.

Seçilən
59
Mənbələr
Şərh ()
Bağla