Somalinin paytaxtı Moqadişoda güclü partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə "Baidoa" portalı məlumat yayıb.
Bildirilib ki, partlayış nəticəsində çoxlu ölənlər var.
İlkin məlumatlara görə, hadisə Darkaneley bölgəsində baş verib.