AZ

"Amerikalıları tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik"

"İraq hökuməti Amerika qoşunlarının ölkədən çıxarılmasını sərt formada tələb edir..."
 
"Saziş əldə edilməzsə, amerikalı hərbçilər elə hücumla üzləşəcək ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu kölgədə qoyacaq..."
 
İraq ABŞ-a ultimatum verib
 
"Əl-Vəəd əl-Sadiq Korpusu"nun baş katibi Məhəmməd əl-Tamimi onun qruplaşmasının ABŞ prezidenti Co Baydenin öz qoşunlarını İraqdan çıxarmayacağı təqdirdə Amerikanın İraqdakı hərbi obyektlərinə hücumlarını fəallaşdıracaq.
 
Moderator.az xəbər verir ki, bu barədə o, Amerikanın "Newsweek" jurnalına eksklüziv müsahibəsində bəyan edib.
 
"Əl-Vəəd əl-Sadiq Korpusu" "İraqda İslam müqaviməti" "holdinqində" olan silahlı qruplaşmadır, hər gün ABŞ-ın İraq və Suriyada baza qüvvələrinə "fələstinlilərlə həmrəylik əlaməti olaraq" raket atəşləri və hücumları həyata keçirir. Hücumlar ötən ilin oktyabr ayından, Qəzza bölgəsində İsrail ilə HƏMAS arasında müharibə başlanandan davam edir", - jurnal yazıb.
 
Münaqişə alovlandıqca, Baydenin intensiv aviasiya zərbələri barədə əmrindən, ötən ay müqavimət hərəkatının yüksək rütbəli komandiri qətlə yetirildikdən sonra İraq hökuməti Amerika qoşunlarının çıxarılmasını daha sərt formada tələb etməyə başlayıb.
 
Tezliklə Pentaqon İraq hərbi rəhbərliyi ilə "keçid dövründə" "İslam dövləti" qruplaşması yaraqlıların qalıqları ilə mübarzə ilə məhdudlaşan Amerikanın hərbi iştirakı barədə danışıqlara başlayıb.
 
Yaxın zamanlarda İraq baş naziri Məhəmməd Şiə əl-Sudaninin bir sıra məsələlərin müzakirəsi üçün Vaşinqtona səfəri gözlənilir.
 
İraq müdafiə naziri Tabət əl-Abbasi vurğulayıb ki, ABŞ başda olmaqla beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılması səfərin başlıca mövzusu olacaq.
 
Səfər ərəfəsində əl-Tamimi ABŞ-ı ciddi surətdə təhdid edib. Yüksək vəzifəli terrorçu əmin edib ki, imtina ediləcəyi təqdirdə amerikalı hərbçilər "elə hücumla üzləşəcək ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə hücumunu kölgədə qoyacaq".
 
"Əgər saziş əldə olunmazsa, biz amerikalıları İraqdan tabutlarda evlərinə göndərəcək və "Qara Evi" rüsvay edəcəyik", - əl-Tamimi deyib.
 
"Və onlar müqavimətin nə demək olduğunu və indi, bizim dronlarımız və uzaq mənzilli ağıllı raketlərimiz olduğu zaman, onun imkanlarını görəcək", - o, əlavə edib.
 
Öz bəyanatında əl-Tamimi həmçinin Amerika kəşfiyyatının "İranın istiqamətverici əli" barədə məlumatlarını təkzib edib.
 
Onun sözlərinə görə, İraqın digər döyüşçüləri kimi onun təşkilatı İrandan "qətiyyən asılı deyil".
 
Buna baxmayaraq o, qeyd edib ki, üzdəniraq "Müqavimət Oxu" çərçivəsində bir çox fraksiyalar arasında ən yüksək səviyyədə koordinasiya mövcuddur.
 
"Bizim Livan, Yəmən və Qəzza bölgəsində müqavimət qruplaşmaları ilə qarşılıqlı əlaqəmiz var", - o, məlumat verib.
Seçilən
55
Mənbələr
Şərh ()
Bağla