AZ

"Putin SSRİ-nin sərhədlərini bərpa etməyə qərar verib" - ZELENSKİ

“Putin keçmiş SSRİ-ni  öz imperiya şöhrətinə və coğrafi sərhədlərinə qaytarmaqda qərarlıdır”.

Azpost.info bildirir ki, Ukrayna prezidenti Vladimir Zelenski CBS News-a müsahibəsində deyib

Zelenski vurğulayıb ki, Putin “soyuq müharibə”dən əvvəlki dünyanın dağılmasına görə dərin nifrət bəsləyir: “Putin 80-ci illəri və 90-cı illərin sonunu heç vaxt bağışlamayacaq”. 

Zelenski bildirib ki, Ukraynada genişmiqyaslı müharibə davam edir: “Putinin ordusu Avropaya gələ bilər. Raketlər sabah tezdən istənilən dövlətə uça bilər”.

“Bu təcavüz və Putinin ordusu Avropaya gələ bilər. Ondan sonra ABŞ əsgərləri Avropanı müdafiə etməli olacaqlar, çünki onlar NATO-nun üzvüdür”, – Ukrayna lideri xəbərdarlıq edib.

Azpost.info

 

Seçilən
106
36
Mənbələr
Şərh ()
Bağla