AZ

Bizimkilər Zaqrebdə Hatayda, Lodzda… - Gürcülər baxın harada!

Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan Gürcüstan millisi dünya futbol ictimiayyətini təəəccübləndirməyi bacardı.

İndi hamı yığmanın heyətindəki futbolçuların əzmkarlığından, göstərdiyi oyundan və penaltilər seriyasındakı inamlı çıxışından danışır.

Gürcüstam seçməsi tarixində ilk dəfə bu cür uğurlu nəticəyə imzasını yazdırdı deyə, final mərhələsinə vəsiqə qazanması səs-küylü görünür. Halbuki, heyətdəki futbolçuların çıxış etdiyi klubların və ölkələrin adlarına baxanda, onların bunu haqq etdiyini deməliyik.

Yunanıstan millisi ilə martın 26-dakı həlledici qarşılaşmanın əsas heyətində meydana çıxan və oyuna sonradan çıxış edən futbolçuların adlarına və hansı ölkələrdə legioner həyatı yaşadıqlarına diqqət yetirək:

Start “11-liy”i

Georgi Mamardaşvili(“Valensiya”, İspaniya)

Quram Kaşiya (“Slovan Bratislava”, Slovakiya)

Solomon Kvirkveliya (“Al-Uxdud”, Səudiyyə Ərəbistanı)

Otar Kakbadze (“Krakoviya”, Polşa)

Laşa Dvali (APOEL, Cənubi Kipr)

Georgi Koçoraşvili (“Levante”, İspaniya)

Otar Kiteişvili (“Şturm”, Avstriya)

Georgi Çakvetadze (“Uotford”, İngiltərə)

Budu Zivzivadze (“Karlsrue”, Almaniya)

Levan Şengeliya (“Panetolikos”, Yunanıstan)

Xviça Kvaratsxeliya (“Napoli”, İtaliya).

Oyuna sonradan çıxanlar

Georges Mitautadze (“Mets”, Fransa)

Georgi Tsitaişvili (“Dinamo Batumi”, Gürcüstan)

Zuriko Davitaşvili (“Bordo”, Fransa)

Nika Kvekveskiri (“Lex”, Polşa)

Georgi Kvitaya (APOEL, Cənubi Kipr)

“Böyük beşlik” ölkələrinin hər birində futbolçu nümayəndəsi olan Gürcüstan millisinin yuxarıda adları göstərilən 16 nəfərlik heyətində yerli çempionatda oynayan cəmi bir futbolçu var.

Müqayisə üçün Azərbaycan seçməsinin ölkə xaricində top qovan üzvlərinin adlarını və klublarını gözdən keçirək:

Şahruddin Məhəmmədəliyev (“Adana Demirspor”, Türkiyə)

Anton Krivotsyuk (“Tedjon Xana Sitizen”, Koreya)

Rahil Məmmədov (“LKS Lodz”, Polşa)

Bəxtiyar Həsənalızadə (“Tuzlaspor”)

Cəlal Hüseynov (“Arda”, Bolqarıstan)

Coşqun Diniyev (“Ümraniyespor”, Türkiyə)

Vüsal İsgəndərli (“Boluspor”, Türkiyə)

Ozancan Kökçü (“Eydhoven”, Niderland)

Emil Mustafayev (“Polissye”, Ukrayna)

Ramil Şeydayev (“Kocaelispor”, Türkiyə)

Renat Dadaşov (“Hatayspor”, Türkiyə)

Musa Qurbanlı (“Yurqarden”, İsveç)

Mahir Emreli (“Dinamo Zaqreb”, Xorvatiya)

Hər iki siyahıdakı adların ağırlığını göz önünə gətirəndən sonra “Niyə biz yox, gürcülər” sualının cavabı ortaya çıxır.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
73
Mənbələr
Şərh ()
Bağla