AZ

Quterreş Rəsul Bağırovu BMT-nin Belarusdakı rezident əlaqələndiricisi təyin etdi


Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş Azərbaycandan olan Rəsul Bağırovu BMT-nin Belarusdakı rezident əlaqələndiricisi təyin edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə qurumun saytında məlumat paylaşılıb.
Bildilir ki, Bağırov insan inkişafı, səhiyyə, təhsil və sosial müdafiə sahələrində 25 ildən artıq təcrübəyə malikdir. O, hazırda Cenevrədə Ümumdünya Səhiyyə Təşkilatında (ÜST) Baş Direktorun Ofisində Ölkə Strategiyası və Dəstək Bölməsində fəaliyyət göstərir.
Qeyd edilir ki, Bağırov Bakı, London, Nottingem və Aberdin universitetlərində tibb, ümumi idarəetmə və səhiyyə iqtisadiyyatı üzrə peşəkar dərəcələrə malikdir.
Seçilən
106
1
Mənbələr
Şərh ()
Bağla