AZ

CAIR BMT-dən iki fələstinlinin öldürüldüyü insidentin araşdırılmasını xahiş edir

Amerika-İslam Münasibətləri Şurası (CAIR) Birləşmiş Millətlər Təşkilatından (BMT) İsrail əsgərlərinin iki fələstinli mülki şəxsi öldürərək cəsədlərini qumda basdırması görüntülərinin araşdırılmasını tələb edib.

Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.

CAIR Milli Əlaqələr Direktoru İbrahim Huper internetdə yayımlanan görüntülərlə bağlı açıqlama verib.

İki fələstinlinin İsrail əsgərləri tərəfindən öldürülməsini, onları buldozerlərlə sürüyərək cəsədlərini quma basdırmasını “müharibə cinayəti” kimi xarakterizə edən Huper İsrailin fələstinlilərə qarşı törətdiyi bu və buna bənzər cinayətlərin BMT-dən araşdırılmasını tələb edib.

Əl-Cəzirə kanalında yayımlanan kadrlarda İsrail əsgərlərinin Qəzza zolağının şimalında evlərinə qayıtmağa çalışan iki fələstinlini atəşə tutaraq öldürdüyü görünür.

Xəbərdə İsrail əsgərlərinin buldozerlərlə iki fələstinlini sürüyərək cəsədlərini quma basdırdığı bildirilib.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla