AZ

Bremer haqda qərarı klubu verəcək

Qleyson Bremerin transferi ilə bağlı son söz “Yuventus”a aiddir. Turinlilərin ötən iln sonunda yeni müqavilə bağladığı braziliyalı müdafiəçini almaq istəyənlər gözləməli olacaq.

Futbolinfo.az xəbər verir ki, futbolçunun müqavləsində sərbəstqalma bəndi var. Amma həmin bənd yeni mövsümdən qüvvədə olacaq. Hətta o zaman da ilk söz “Yuventus”un olacaq.

Bremerlə 2028-ci ilin yayınadək müqaviləsi olan İtaliya nəhəngi İngiltərə Premyer Liqası təmsilçilərinin marağından xəbərdardır. Klub rəhbərliyi 60-70 milyon avroluq real təklif gələcəyi halda satış haqda qərar verə bilər.

Seçilən
79
Mənbələr
Şərh ()
Bağla