AZ

Qadınlar niyə ərlərindən narazıdır?

Araşdırmalar zamanı məlum olub ki, qadınların əksəriyyəti ərlərindən narazıdır. Narazılığa səbəb olan əsas olan amillərdən biri də cinsi istəkdir. Bu problem çox vaxt xəyanətlərə və boşanmalara səbəb olur. 

Niyə cəmiyyətimizdə kişi və qadınlar cinsi istəklərini bir-birləri ilə paylaşmırlar?

Psixoloq Könül İsmayılova hit.az-a açıqlamasında deyib ki, bu gün Azərbaycanda elə şeylər var ki, ört-basdır edirlər üstünü. Halbuki, bunlar qabardılsa, hardasa kişi qadın münasibətlərinə aydınlıq gətiriləcək və bunun nəticəsində insanlar yanlış qərar verməyəcəklər və boşanmalar, xəyanətlər azalacaq:

“Bizim mentalitetimiz ailədə bəzi məsələləri açıq-aşkar müzakirə etməyə yol vermir. Kişilər bəzən düşünür ki, mən öz xanımıma bunu açıq şəkildə deyə bilmərəm. Ona görə də hər hansı bir istəklərini, cinsi təlabatlarını paylaşmırlar, o fikirləri bir-birinə demirlər. Buna görə də, kişi başlayır başqa qadın axtarmağa. O xanımla ikinci bir həyat yaşayırlar. Əslində kişi bir qadınla həm sevgi, həm cinsi təlabatlarını ödəyə bilirsə, ikinci qadına gərək qalmayacaq".

Psixoloq onu da əlavə edib ki, ailə münasibətlərinə istilik qatan uşaqlar olsa da, münasibətlərin əsasında ehtiras dayanır. Sevgi zaman-zaman şəklini dəyişir:

“Kişi öz xanımına "arvadı" kimi baxmamalıdır. Onunla sevgisini, hisslərini paylaşmalıdır".

Sevinc

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla