AZ

Mərkəzi Bank yeni qərar qəbul etdi - Kredit faizləri ucuzlaşacaq?VİDEO

Azərbaycan Mərkəzi Bankı faiz dərəcəsini azaldıb.

Xezerxeber.az-ın məlumatına görə, Mərkəzi Bank uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə, faiz dəhlizinin yuxarı həddini isə 8,75%-dən 8,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlanılıb.

Bəs bu qərardan sonra banklar kredit faizlərini aşağı salacaqmı? Çünki vətəndaşlar hazırki yüksək kredit faizlərindən narazıdır.

İqtisadçı-ekspert Xalid Kərimlinin fikrincə, faiz dərəcələrinin aşağı salınmasının kommersiya banklarına müəyyən müddətdən sonra təsir edəcək.

Ekspert deyib ki, digər bir məsələ isə tələbatın həcmidir. Çünki bank kreditlərinin faiz dərəcəsi bazarda olan tələb və təklif əsasında formalaşır.

Yeri gəlmişkən, Mərkəzi Bank dollara tələbin artmasının səbəbini də açıqlayıb. Bildirilib ki, səbəb dövlət investisiyaları və özəl sektorun istehlakının aktivləşməsi nəticəsində idxalın maliyyələşməsinin genişlənməsidir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

phrase_var_article.chosen
70
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close