AZ

BMT “İl-76” təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc edib

Bakı. Trend:

BMT ukraynalı hərbi əsirlərin olduğu "İl-76" təyyarəsinin qəzayauğrama səbəblərini müəyyən edə bilməyib.

Trend xəbərverir ki, bu barədə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlıqİdarəsinin məruzəsində deyilir.

Mütəxəssislər hadisəni hərtərəfli, qərəzsiz və şəffaf şəkildəaraşdırmağa çağırıblar. Komissarlıq İdarəsi hərbi əsirlərinşəxsiyyəti barədə məlumatların dərhal Ukrayna hökumətinə təqdimedilməli olduğunu bildirib.

Qeyd edək ki, yanvar ayında Rusiya Aerokosmik Qüvvələrinə məxsusİl-76 təyyarəsi Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumata görə, qəzaya uğrayan İl-76 təyyarəsinin göyərtəsindəUkrayna Silahlı Qüvvələrinin əsir götürülmüş 65 hərbçisi mübadiləüçün Belqorod vilayətinə aparılıb.

İl-76-nın göyərtəsində Ukrayna Silahlı Qüvvələrinin əsirgötürülən hərbçilərindən əlavə, 6 ekipaj üzvü və onları müşayiətedən 3 şəxs olub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
68
Mənbələr
Şərh ()
Bağla