AZ

Xavi jurnalisti məhkəməyə verdi

“Barselona”nın baş məşqçisi Xavi “El Pais” və “Cadena SER”in jurnalisti Manuel Jaboisi kobud mesajlar alması ilə bağlı dediklərinə görə məhkəməyə verib.

Rekord.az xəbər verir ki, oktyabr ayından mətbuatı kəskin tənqid edən Xavi jurnalistin bu açıqlamalarını tamamilə yalan və özünün şərəfinə təhqir hesab edərək qanuni addım atmaq qərarına gəlib.

2023-cü ilin noyabrında “El Pais”in jurnalisti Kataloniya komandasını “Avropanın klounları” adlandırdığı bir məqalə yazıb. Daha sonra Jabois bu məqaləyə görə Xavinin onunla əlaqə saxladığını və ispaniyalı mütəxəssisdən kobud mesajlar aldığını iddia edib.

Seçilən
49
1
Mənbələr
Şərh ()
Bağla