Əfqanıstanda hakimiyyətdə olan “Taliban” hərəkatı İŞİD-in Əfqanıstan qanadı “Vilayəti Xorasana” qarşı mübarizəni davam etdirəcək.
Azpost.info xəbər verir ki, bunu “Taliban”ın Qətərdəki siyasi ofisinin rəhbəri Süheyl Şahin bildirib.
O bu açıqlaması ilə “Krokus Siti Holl”da baş verən terror aktından sonra Rusiya ilə bu sahədə əməkdaşlığın mümkün olub-olmaması sualını cavablandırıb.
“Biz üzərimizə düşəni edirik və əlimizdən gələni edəcəyik. Biz onlarla mübarizə aparırıq və onların Əfqanıstanda bizim üçün təhlükə yaratmasına imkan verməyəcəyik”, – Şahin deyib.
Azpost.info