AZ

İranda polisə edam cəzası verildi

İranda 2 il əvvəl etirazçını öldürməkdə təqsirləndirilən polis məmuruna edam cəzası verilib.

Demokrat.az
xəbər verir ki, bu barədə “İHA” məlumat yayıb.

Bildirilib ki, Qəzvin hərbi məhkəməsinin qərarından sonra polisin vəkili Mecid Ahmedi, edam cəzasını ictimaiyyətə açıqlayıb.

Polis məmuru Cevanmerdi haqqında əvvəllər edam da daxil olmaqla “qisas” hökmü çıxarılsa da, Ali Məhkəmə daha sonra qərarı ləğv edib. 

Xatırladaq ki, polis məmuru Cafer Cevanmerdi 2022-ci ildə İranda keçirilən Mahsa Əmini etirazları zamanı Mehran Semak adlı şəxsi qəsdən öldürməkdə təqsirləndirilir.

Aysu
Demokrat.az
Seçilən
91
Mənbələr
Şərh ()
Bağla