AZ

Binaların zirzəmilərindəki parklanma yerləri bahalaşdıVİDEO

Çoxmənzilli yaşayış binalarının zirzəmilərindəki parklanma yerlərinin aylıq qiyməti 60 manatdan 90 manata qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, Bakıdakı əksər binaların zirsəmisindəki parklanma yerlərinin ödənişi  50 faiz artırılıb.

Vətəndaşlar isə bu qiymətlərdən təbii ki, narazıdırlar.

Məsələ münasibət bildirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, parklanma yerlərində qiymətlərin artmasına səbəb park sahələrinin satış qiymətlərinin baha olmasıdır.

Ekspert bildirib ki, binaların zirzəmilərindəki park yerləri ilə bağlı qiymətlər qanunla tənzimlənmədiyindən sahibkarlar tərəfindən istənilən tarif tərtib olunur.  

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
79
1
Mənbələr
Şərh ()
Bağla