AZ

Litva Cəbəllütariqi D liqasına göndərdi

Hər iki matçda qalib gələn Litva yığması C liqasındakı yerini qorudu.

"Football-plus.az" xəbər verir ki, Edqaras Yankauskasın çalışdırdığı komanda 2-ci qrupda Rumıniya, Kosovo və Cənubi Kipr ilə mübarizə aparacaq. Cəbəllütariq isə D liqasının 1-ci qrupunda San Marino və Lixtenşteynə rəqib oldu.

C liqasında oynamaq uğrunda pley-off, ilk oyun
Cəbəllütariq – Litva 0:1 (0:0)
Cəbəllütariq: Koulinq, Sarcent (De Haro, 86), R.Çipolina, Bernardo Lopeş, Maskarenyas-Olivero, Britto (Ruis, 74), Ronan (Banda, 29), Ennesli, Hartman, Uolker (Skenlon, 74), De Barr.
Litva: Zubas, Qirdvaynis, Utkus, Şirvis (Upstas, 82), Çernıx (Doljnikov, 89), Slivka (Verbitskas, 82), Romanovski (Kuçis, 46), Qineytis, Novikovas, Lasitskas, Paulauskas (Klimaviçyus, 74).
Qol: Kuçis, 60.
Vərəqələr: Qirdvaynis, 8. Lasitskas, 16. Paulauskas, 32. Qineytis, 44. Ruis, 82 - sarı. Koulinq, 26. Qirdvaynis, 71 – qırmızı (ikinci sarı).
Hakim: Georgi Kruaşvili (Gürcüstan).
21 mart. Faru-Lole. 207 tamaşaçı.
cavab oyunu
Litva - Cəbəllütariq 1:0 (0:0)
Litva: Zubas, Şirvis (Beneta, 73), Letyakas, Utkus (Kajukolovas, 46), Lasitskas, Çernıx (Vareyka, 88), Slivka (Romanovski, 90+3), Qineytis, Qolubitskas, Paulauskas (Doljnikov, 73), Kuçis.
Cəbəllütariq: Banda, Sarcent (R.Çipolina, 59), De Haro (Kassiaro, 59), Bernardo Lopeş, Maskarenyas-Olivero, Britto (Bartolo, 74), Ronan, Uolker (Skenlon, 74), Ennesli, Hartman, De Barr.
Qol: Çernıx, 51.
Vərəqələr: Utkus, 8. Lekyatas, 87 - sarı.
Hakim: Duye Strukan (Xorvatiya).
26 mart. Kaunas. 6102 tamaşaçı.

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
104
Mənbələr
Şərh ()
Bağla