AZ

“O müğənnilərin yolu düz deyil”

Müğənni Təranə Qumral növbəti açıqlamasıyla diqqət çəkib.

OLAY yazır ki, ifaçı oğlunu müğənni ilə evləndirməyəcəyini deyən məşhurlardan danışıb.

“Müğənni xanımlara deyirlər ki, “Sən müğənni gəlin alarsan özünə” deyirlər yox almaram. Niyə almazsan? Bəs səni niyə alıblar? Elə deyirlər, çünki o müğənnilərin yolu düz deyil. Sən kim olubsan ki, səni alıblar?”, - deyə, müğənni, bildirib.

Onun bu sözlərindən sonra aparıcı Zaur Nəbioğlu Əməkdar artist Elnarə Abdullayevanın adını çəkərək fikir söyləyib:

“Yolu düzgün olan da var, olmayan da var. Mənim bacı deyə müraciət etdiyim Elnarə xanım Abdullayeva da demişdi mən almaram. Bu normal haldır. Orada çətinlik də var. Sizin dediyiniz yolu düşünüb yox deyən də var”.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla