AZ

Taylandda eynicinsli nikahlar haqqında qanun qəbul edildi

Tayland parlamentinin aşağı palatası eynicinsli şəxslərin nikahına icazə verən qanun layihəsini təsdiqləyib.

Demokrat.az
xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Bildirilib ki, Tayland parlamentinin aşağı palatası eynicinslilərin nikahına icazə verən qanun layihəsini səs çoxluğu ilə təsdiqləyib. 

Qanun layihəsi sessiyada iştirak edən Nümayəndələr Palatasının 415 üzvündən 400-nün təsdiqini alıb.

Qanun layihəsi Senatdan keçərsə və kral təsdiq edərsə rəsmi olaraq qüvvədə olacaq. 

Bununla da, Tayland Cənub-Şərqi Asiyada belə bir qanun qəbul edən ilk ölkə olacaq.

Aysu
Demokrat.az
Seçilən
42
Mənbələr
Şərh ()
Bağla