AZ

Azərbaycan Türkiyənin üç şəhərinə ixrac missiyası göndərəcək

Azərbaycan sentyabrın 16-21-də Türkiyəyə ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) məlumat verib. 

"Sentyabrın 16-dan 21-dək Adana, Mersin və İstanbul şəhərlərinə ixrac missiyası təşkil olunacaq. Onun tərkibinə qida məhsulları və içkilər, eləcə də tikinti materialları istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərinin nümayəndələri daxil olacaq”, - agentlik qeyd edib.

Missiyada iştirak etməkdə maraqlı olan şirkətlərin təklifləri iyunun 3-dək qəbul ediləcək.

Agentlik həmçinin bildirib ki, missiyada iştirak etmək istəyən şirkətlər iyunun 19-da keçiriləcək müvafiq müsabiqədən keçməlidirlər.

Seçim bir neçə meyar əsasında aparılacaq: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı təcrübəsi nəzərə alınacaq.

Azərbaycan həmçinin oktyabrda BƏƏ və Səudiyyə Ərəbistanına ixrac missiyası göndərəcək.

Belə ki,  oktyabrın 14-19-da Dubay və Əbu-Dabi (BƏƏ), həmçinin Ər-Riyada (Səudiyyə Ərəbistanı) ixrac missiyası göndərməki planlaşdırılır.

"Bura qida məhsulları və içkilərin istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərinin nümayəndələri daxil olacaq”, -  agentlik qeyd edib.

Missiyada iştirak etməkdə maraqlı olan şirkətlərin təklifləri iyunun 25-dək qəbul ediləcək.

Agentlik həmçinin bildirib ki, missiyada iştirak etmək istəyən şirkətlər iyulun 19-da keçiriləcək müvafiq müsabiqədən keçməlidirlər.

Seçim bir neçə meyar əsasında aparılacaq: təqdim olunan məhsulların istehsal potensialı, ixrac potensialı, məhsulların ixracı təcrübəsi nəzərə alınacaq. 
 
N.Təbrizli

www.anews.az
Seçilən
79
Mənbələr
Şərh ()
Bağla