AZ

"Mən elə bir insanam ki…" - Yeni gələnlə MÜSAHİBƏ

“Qəbələ”nin baş məşqçisi Kaxaber Sxadadze Sportinfo.az-a müsahibə verib.

- Öncə “Sabah”ı məğlub etdiyiniz (2:0) yoxlama matçı ilə bağlı nələr deyə bilərsiz?

- Uşaqlar yaxşı oynadı, yaxşı çalışdı. Həftə ərzində ağır məşqlərimiz olmuşdu. Düzdü, yoxlama görüşü idi. Amma nəticə hər zaman lazımdır. Hazırkı durumda psixoloji baxımdan qələbə bizə daha çox lazımdır. Ümid edirəm ki, bundan sonra bir az toparlana bilərik. Amma yenə də biz artırmalıyıq. Görməli olduğumuz işlər çoxdur.

- "Qəbələ"də ilk qələbənizi yoxlama oyununda qazandınız. Bunu rəsmi görüşlərdə etməyə nə mane olurdu?

- Rəsmi oyunlarda qələbə qazanmaq üçün belə oynamalıyıq. Düşünürəm ki, bu gün ikinci hissədə fərdi səhvlərimiz çox oldu. Eyni şeyləri rəsmi oyunlarda etməməliyik. Müdafiəçilərimiz bir az daha etibarlı çıxış etməlidir. Oyunu öz üzərlərinə çox götürürlər, amma daha sadə oynamaq lazımdır. Hücumda isə qollar vurmaq üçün kreativlik olmalıdır. Oynadığımız görüşləri oyun baxımından pis keçirməmişik, sadəcə nəticə baxımından yaxşı olmayıb.

- Akademiyanın yetirməsi olan Okan bu gün əsas komandada debüt etdi. Çıxışından məmnun qaldız?

- Bunu xüsusi qeyd etmək istərdim. İkinci hissə Okanı oyuna buraxdıq. Onun oyunun çox bəyənirəm. Bu gün çox yaxşı çıxış etdi. Eşqinin oynamaq üçün zamanı az olduğu üçün işini yaxşı görə bilmədik. Bundan sonra əsas komandaya cavanları daha çox cəlb edəcəm.

- Rəsmi oyunlarda da onları meydanda görə bilərikmi?

- Mütləq şəkildə.

- Milli komandanın oyunlarına görə yaranmış 1 həftəlik tskılı necə qiymətləndirirsiz?

- Hazırlıq mərhələsinin sonu bu oyun idi. Həftə ərzində uşaqlar yaxşı məşq etmişdilər. Bunu oyunda da göstərdilər. Ən əsası psixiolji durumu yaxşılaşdırmaq idi. Bu gündən hazırlığın ikinci mərhələsinə qədəm qoyuruq.

- Liqada qalmaq elə də asan görünmür. Maraqlıdır, sizi sonuncu pillədən xilas olacağınızla bağlı əmin edən hansısa xüsusi məqam varmı?

- Oyunlar bizə ümid verir. Baxmayaraq ki, arada xal fərqi çoxdur. Lakin hər oyun bizim üçün ümiddir. Mən elə bir insanam ki, son kimi mübarizə aparacam.

Seçilən
72
Mənbələr
Şərh ()
Bağla