![Taha](https://azertag.az/files/2024/1/1200x630/1711638000888251535_1200x630.jpg)
Bakı, 28 mart, AZƏRTAC
"Məqsədimiz Şuşanın azad olunma hekayəsini gənclər vasitəsilə bütün dünyaya çatdırmaqdır".
AZƏRTAC xəbər verir ki, bu sözləri İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun prezidenti Taha Ayhan "Şuşa İƏT Gənclər Paytaxtı - 2024" mövzusunda keçirilən mətbuat konfransında deyib.
Qurumun rəhbəri bildirib ki, Şuşa bütün türk dövlətləri üçün xüsusi əhəmiyyət kəsb edir: "İnanıram ki, "Şuşa İƏT Gənclər Paytaxtı - 2024” çərçivəsində təşkil olunacaq tədbirlər dünya gənclərinə stimul verəcək".
Qeyd edək ki, Şuşa ötən il noyabrın 10-da İƏT Gənclər Forumu İcraiyyə Şurasının İstanbulda keçirilən 11-ci iclasında 2024-cü il üçün “Gənclər paytaxtı” seçilib.